“Münasibətlərin inkişafı üçün yaxşı şərait var” - Həsən Ruhani

hesen ruhani 1“Bu gün İran və Azərbaycan Respublikası arasında münasibətlərin inkişafı üçün yaxşı şərait var”.

APA-nın “islamaktuel.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri İran prezidenti Həsən Ruhani Dövlət Həftəsi münasibətilə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, münasibətlərin inkişafı Xəzər dənizində təhlükəsizliyə və Qarabağ probleminin həllinə yardım edir.

H. Ruhani nüvə anlaşmasından əvvəl Xəzəryanı ölkələrlə münasibətləri genişləndirdiklərini və demək olar ki, bütün Xəzəryanı ölkələri ziyarət etdiyini diqqətə çatdırıb.

Son iki ildə bölgənin bir çox problemlərlə qarşı-qarşıya qaldığını söyləyən İran prezidenti, bölgədə mövcud olan qeyri-sabitliyin iqtisadi əlaqələrə mənfi təsir etdiyini vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar