DİN Bakıdakı qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Avqustun 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsində qəsəbə sakini İbrahim Dadaşov münaqişə zəminində həmyerliləri Elşən İsrafilova və onun qardaşı Elçinə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Elşən orada ölüb.

İ.Dadaşov könüllü olaraq 31-ci PB-yə gələrək istintaqa təslim olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar