MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək

MDB-bayraq-600Sentyabrın 2-də Minskdə MDB dövlətləri Daxili İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

APA-nın “interfax.by” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Belarus DİN-in mətbuat xidmətindən bildirilib.

İclasın gündəliyindəki əsas mövzular MDB ölkələrinin hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqələri, kiber təhlükəsizlik, avtonəqliyyat vasitələrinin oğurluğu, psixotrop və narkotik vasitələrin dövriyyəsi, eyni zamanda idman komandaları azarkeşlərinin qeyri-rəsmi birliklərinin qanunazidd fəaliyyətləri olacaq.

Toplantıda Belarus, Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan nümayəndə heyətləri iştirak edəcək.

Belarus DİN-dən verilən xəbərə görə, forum çərçivəsində ikitərəfli məsələlərə də diqqət yetiriləcək. Görüş yekun sənədlərin imzalanması ilə başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar