Fransa miqrantların müdafiəsinə qalxdı! – Macarıstan hasarı sökməlidir

Xarici KİV-in yaydığı məlumata görə, Fransa öz ərazisinə miqrantları qəbul etməkdən boyun qaçıran bəzi Avropa ölkələrini tənqid edərək, onların mövqeyini layaqətsiz adlandırıb («Exo Moskvı»).

Belə bəyanatla Fransanın xarici işlər naziri Loran Fabius çıxış edib. O, həm də əlavə edib ki, Macarıstan qeyri-leqal miqrantların ölkə ərazisinə keçməsinə mane olmaq üçün Serbiya ilə sərhədində çəkdiyi tikanlı məftillə təchiz edilmiş hasarı sökməlidir. Nazir deyib ki, belə davranış ümumavropa dəyərlərinə cavab vermir.

Son məlumatlara görə, ötən yarım ildə Avropada görünməmiş miqrant axını qeydə alınıb – təxminən, 350 min nəfər. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,0 faiz çoxdur.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar