“Azər-Türk Bank”a rəhbər təyin edildi

Bu gün “Azər-Türk Bank”ın səhmdarlarının iclası keçirilib. Bankdan fins.az-a verilən məlumata görə, iclasda qurumun İdarə Heyətinə (İH) yeni sədr seçilib. Banka rəhbərlik indiyə qədər İH-nin sədri vəzifəsini müvəqqəti icra edən Fərhad Adıgözəlova həvalə olunub. Xatırladaq ki, “Azər-Türk Bank”ın İH-nin sədri vəzifəsi bu il, iyulun 22-dən, keçmiş sədr Elmar Məmmədov “Azərbaycan Beynəlxalq Bankı”na rəhbər gedəndən sonra boş idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar