"Bu millətə zülm edənlər qorxaq və miskin varlıqlardı"- Əli Kərimli

"Çıxış yolu ləyaqətli həyat, ədalətli cəmiyyət uğrunda kütləvi, dinc mübarizədən keçir"

AXCP sədri Əli Kərimli Rəşadət Axundovun babasının ölümünə özünün Facebook səhifəsində münasibət bildirib. AXCP sədri yazır:“Rejim artıq öz əleyhdarlarının yalnız azadlığını və mülkiyyətini deyil, həm də canını alır. Gənc siyasi məhbus Rəşadət Axundova yeni uydurma ittihamlar irəli sürülməsinə babası dözmədi. 45 ilin müəllimi Ənayət müəllim damarlarını kəsərək intihar etdi. Hakimiyyət növbəti dəfə CM-nin 125-ci maddəsində nəzərdə tutulan özünü öldürmə həddinə çatdırma cinayətini törətdi. Bu ölkədə mübariz insanları asanlıqla şərləyib həbs etdirə bilirlər, təhqir etdirirlər, evlərimizə girirlər, istəyəndə isə həbsxanada da, evimizin qarşısında da öldürə bilirlər. Razıyam ki, belə yaşamaq da, vəziyyəti dəyişmək də çətindir. Amma yenə də çıxış yolu var. Dünyada artıq 100-ə qədər xalq bu yoldan keçərək azadlığına qovuşub. Çıxış yolu ləyaqətli həyat, ədalətli cəmiyyət uğrunda kütləvi, dinc mübarizədən keçir. O zaman ki çarəni hansısa beynəlxalq proseslərdə yox, özümüzdə axtaracağıq, “ilanı Seyid Əhməd əli ilə tutmaq” çoxbilmişliyimizdən imtina edəcəyik, başqalarının bizim əvəzimizə mübarizə aparmasını gözləmədən özümüz taleyimizə sahib çıxacağıq, onda biz qalib olacağıq, gerçək azadlığımıza qovuşacağıq. O zaman məlum olacaq ki, uzun illər ərzində bu millətə zülm edənlər əslində qorxaq və miskin varlıqlar olublar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar