MSK 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

msk yeni binaMilli Məclisə seçkilərlə əlaqədar 5 milyon 250 min ədəd bildiriş hazırlanacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası” müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qayda barədə MSK sədrinin Natiq Məmmədov məlumat verib.

N. Məmmədov 5 milyon 250 min ədəd bildiriş hazırlanacağını bildirib. Qayda səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda YAP, Vətəndaş Həmrəyliyi Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) səlahiyyətli nümayəndələri qeydə alınıb, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib. MSK bəzi dairə seçki komissiyaların tərkibində dəyişiklik də edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar