Ermənistanda etiraz aksiyası gözlənilir

Ermənistanda konstitusiya islahatları ilə bağlı xüsusi komissiya və parlament fraksiyaları arasında görüş başlayıb.

Avqustun 31-də komissiya üzvləri ilə “İrs” və “Daşnakstyun” fraksiyalarının nümayəndələri arasında görüş olub.

Görüşə dəvəti yalnız “Erməni Milli Konqresi” fraksiyası rədd edib.

Facebook –dakı “Konstitusiya islahatlarını qəbul etmirik” tışəbbüs qrupu bildirir ki, sentyabrın 4-ü, islahatlarla bağlı parlamentdə keçiriləcək dinləmələr zamanı prezident aparatının qarşısında etiraz aksiyası keçiriləcək.

Bəyanatda bildirilir ki, dəyişikliyi xalq həll etməlidir.

Onlar həmçinin bildirir ki, etiraz aksiyasından sonra növbəti addımları müəyyən etmək üçün Azadlıq meydanına toplaşacaqlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar