Bakının Xəzər rayonunda bir gündə iki nəfər intihar edib

Bakı şəhərinin Xəzər rayonunda iki nəfər intihar edib.

APA-nın məlumatına görə, hadisələrdən biri Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1951-ci il təvəllüdlü İbrahim İntiqam oğlu Əliyev yaşadığı evin həyətində yerləşən qarajda özünü asıb.

Digər hadisə isə rayonun Binə qəsəbəsində baş verib. 1953-cü il təvəllüdlü Elxan Sultanov yol kənarında ağacdan özünü asaraq intihar edib.

Hər iki faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar