Polşa Üçüncü Reyxin ehtimal olunan xəzinəsini Rusiyaya verməyəcək!

Xarici KİV-in məlumatına görə, Polşa hökuməti bu günlərdə ölkə ərazisində İkinci dünya müharibəsindən qalma tuneldə tapılmış və içərisində Üçüncü Reyxin xəzinəsinin olduğu ehtimal edilən qatarı Rusiyaya verməyəcək («Exo Moskvı»)

Əgər hüquqlu iddiaçılar ortaya çıxmasa, alman zirehli qatarında aşkar olunacaq qiymətli daş-qaşlar, qızıl pullar və əşyalar dövlət xəzinəsinin mülkiyyətinə çevriləcək. Bu bəyanatla Polşa mədəniyyət nazirinin müavini Pyotr Jukovski çıxış edib.

«The Telegraph» qeyd edir ki, məmur hələ qatarın içərisində nələrin olduğunu bilmir: «Avadanlıqlar, qiymətli daş-qaş, qızıl pullar, incəsənət nümunələri və ya arxiv materialları ola bilər» - deyə, nazir müavini əlavə edib.

Hələlik bu tapıntıya potensial iddiaçılardan biri kimi, Ümumdünya yəhudi konqresi çıxış edib. Təşkilatın baş katibi Robert Zinqer bəyan edib ki, qatarda olduğu ehtimal edilən qızıl və qiymətli əşyalar İkinci dünya müharibəsinin gedişində əsir düşərgələrində öldürülmüş yəhudilərə məxsus ola bilər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar