Əsgər 6-cı mərtəbədən yıxılan qızcığazı göydə tutdu!

Rusiya KİV-nin məlumatına görə, Tatarıstanın paytaxtı Kazan şəhərində bir hərbçi 6-cı mərtəbədən yıxılan qızcığazı havada tutaraq, ölümdən qurtarıb («Exo Moskvı»).

Xəbər verilir ki, hərbi hissənin rəhbərliyi həmin yefreytorun təltif olunacağını vəd verib.

Xilaskar hərbçi - xüsusi təyinatlı hərbi hissənin yefreytoru Aleksey Vasilyev uşağı ölümdən qurtardığını bir həftə ərzində heç kimə danışmayıb. Sonradan o, tibbi-sanitar hissəyə gedib və həkimlər onun biləyində sınıq aşkarlayıblar - elə bu zaman da məsələnin üstü açılıb.

Əsgər xidmətdən evə qayıdarkən, görüb ki, çoxmərtəbəli binaların birinin 6-ı mərtəbəsinin məhəccərindən bir qızcığaz asılı qalıb. O, özünü evə tərəf atıb və aşağıya «şütüyən» uşağı havada tutub. Kamilla adlı qızcığaz demək olar, zədələnməyib. Hadisə yerinə çağırılan təcili yardım briqadası onun bədənində ciddi heç bir zədə qeydə almayıb. Kamillanın xilaskarı isə heç nə olmayıbmış kimi, yoluna davam edib...

Üstündən bir həftə keçəndən sonra bu tarixçə barədə həkimlər, ardınca isə yerli jurnalistlər xəbər tutublar. «ProKazan» portalının məlumatına görə, indi Aleksey Vasiyevi «Xilasetmə naminə qoçaqlıq» medalı ilə təltif etmək istəyirlər.

Uşağın valideynləri artıq yfreytora minnətdarlıq bildirib, onu evlərinə qonaq çağırıblar.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar