Türkiyədə erkən seçkilər 1 il təxirə salına bilər

Türkiyədə noyabrın 1-ə təyin edilmiş erkən parlament seçkiləri bir illiyə təxirə salına bilər. Musavat.com-un məlumatına görə. Belə bir ehtimalla “Taraf” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, hakim partiya olan AKP-nin yaradıcılarından biri – baş nazirin sabiq müavini Əbdüllətif Şener bildirib ki, Ərdoğan belə bir addıma Konstitusiyanın 78-ci maddəsi əsasında qərar verə bilər. Həmin maddə ölkədəki hərbi vəziyyətlə bağlı seçkiləri bir ertələməyi mümkün hesab edir.

“Bundan əlavə, hazırda AKP-nin reytinqi 35%-ə enib ki, bu da AKP-ni birpartiyalı hökumət qurmaq imkanından məhrum edir. Əgər noyabrın 1-ə təyin edilmiş parlament seçkiləri təxirə salınsa, bu, o demək olacaq ki, təzəcə formalaşmış müvəqqəti hökumətin fəaliyyəti 1 il uzanacaq” – qeyd edib o.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar