ABŞ təyyarələri Rusiya səmasında

ABŞ, Fransa və Ukraynadan olan mütəxəssislər C-130 H tipli təyyarə ilə Rusiya hava məkanında müşahidə uçuşlarına başlayıb. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin rəisi Sergey Rıjkov ictimaiyyətə məlumat verib. O, müşahidə uçuşlarının sentyabrın 4-dək davam edəcəyini bildirib.

Qeyd edək ki, uçuşlar 1992-ci il Helsinkidə imzalanan “Açıq səma” beynəlxalq razılaşmasına əsasən həyata keçirilir. Bu müqavilə üzv dövlətlərə bir-birlərinin hava məkanında müşahidə uçuşlarının aparılması imkanını verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar