Sahibkarlar cərimələndi
Mağazalarda vaxtı keçmiş məhsullar aşkar olundu.
Vətəndaşlara keyfiyyətsiz məhsullar satan mağaza sahibləri cərimələndi. Həmin mağaza sahibləri vətəndaşlara saxlama müddəti ötmüş və istifadəyə yararsız məhsulları satıblar.
İqtisadiyyat və Sənaye Nazirliyinin verdiyi məlumata əsasən bu cür hal Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı aşkarlanıb.
Bu məhsulları satan mağazalar paytaxtın Nizami, Nərimanov, Binəqədi rayonlarında, o cümlədən bölgələrdə fəaliyyət göstərdiyi məlum olub. Həmçinin Ucar, Tovuz, Yevlax, Quba rayonları ilə yanaşı keyfiyyətsiz məhsullar Xaçmaz, Cəlilabad, Oğuz şəhərlərində qeydə alınıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılar istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01, 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.