"Qəbələ" klubunda yeni futbolçu

UEFA Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən iki klubdan biri olan "Qəbələ" klubu heyyətinə yeni futbolçu qatıb.

Ansress-in məlumatına görə "qırmızı-qaralar" millimizin hücumçusu Vaqif Cavadovla anlaşıblar. Ötən mövsümü Türkiyə klubu “Boluspor”da keçirən və yay fasiləsində "Xəzər Lənkəran" klubuna transfer olunan Cavadov orda rəsmi debüt etmədən “Qəbələ”yə keçib.

26 yaşlı oyunçu ilin sonuna qədər icarə əsasında “Qəbələ”nin formasını geyinəcək.

UEFA Avropa Liqasının seçmə mərhələsinə 1-ci təsnifat mərhələsindən qoşulan şimal klubu pley-off mərhələsində iki oyunun nəticəsinə görə Yunanıstanın "Panatinaikos" klubunu yenərək qrup mərhələsinə kimi yüksəlib.

Püşk atmanın nəticəsinə görə "Qəbələ" klubu Borussiya Dortmund (Almaniya), PAOK (Yunanıstan), Krasnodar (Rusiya) klubları ilə mübarizə aparacaq.

Şimal klubumuz ilk matçını 17 sentyabr tarixində 8-ci kilometr qəsəbə stadionunda keçirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar