Azərbaycanın axtarışa verdiyi rusiyalı biznesmen həbs edildi

Rusiyalı iş adamı German Sterliqov Moskvanın Domodedovo hava limanında saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə onun vəkili Artur Ayrapetov bildirib.

German Sterliqov bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb”, deyə Artur Ayrapetov bildirib.

Onun sözlərinə görə, çox güman ki, G.Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar