Sterliqov sərbəst buraxılıb

Moskvada “Domodedovo” hava limanında saxlanılan rusiyalı iş adamı Qerman Sterliqov sərbəst buraxılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Artur Ayrapetov bildirib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətdən sonra Q.Sterliqov sərbəst buraxılıb. Onun vəziyyəti yaxşıdır”, deyə A.Ayrapetov bildirib.

Xatırladaq ki, Q.Sterliqov bu gün axşam saatlarında Moskvanın Domodedovo hava limanında saxlanılmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar