Tədbirdə hər kəs əylənərkən həddən artıq spritli içki içmiş Rafael özünün "Ford Focus" markalı avtombilinə oturub. Dərhal sonra atası da maşına əyləşib. Sükan arxasında olan Rafael maşını işə salan kimi idarəetməni itirib və kənarda park edilmiş avtomobillərə çırpılıb. İnsanlardan xəsarət alan olmasa da 5 maşına ciddi zərər dəyib.

Rafael Xalqatyanın bacısı Edita Mitinanın sözlərinə görə, maşın dayanan kimi qəzəblənmiş insanlar Rafaeli zorla maşından çıxarıb və döyməyə başlayıb. Nəticədə bir qız atası Rafael Xalqatyan aldığı zərbələrdən ölüb.