“Qərb İŞİD-in irəliləməsinin qarşısını alıb” - Baş nazir

Kanada və ABŞ daxil olmaqla Qərb ölkələrinin səyləri nəticəsində İŞİD terror qruplaşmasının Suriya və İraqda irəliləməsinin qarşısı alınıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kanadanın baş naziri Stiven Harper Ottavada çıxış edərkən bəyan dib.

“Müdaxilə öz bəhrəsini verib və İŞİD-in irəliləməsinin əhəmiyyətli dərəcədə qarşısı alınıb. Buna arzuladığımız qədər olmasa da, kifayət qədər nail olmuşuq. Xüsusən İraqın şimalında, nisbətən isə bu ölkənin digər bölgələrində və Suriyada. Bir il əvvəl terrorçular az qala bütün regionu ələ keçirəcəkdilər, lakin Qərbin müdaxiləsi buna imkan vermədi”, deyə S.Harper bildirib.

Kanadanın baş naziri qeyd edib ki, İŞİD-ə qarşı mübarizə uzunmüddətli olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar