“Azərbaycan həm Rusiya, həm də Qərb üçün dəyərlidir” - “Stratfor”

Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatında neqativ əks-səda verdi, baxmayaraq ki, regionda digər enerji istehsalçılarından fərqli olaraq ölkə iqtisadiyyatının diversifikasiyası mənfi təsiri yumşaldıb.

Oxu.az xəbər verir ki, bu barədə ABŞ-ın tədqiqat mərkəzi “Stratfor”un yeni hesabatında bildirilib.

“Buna baxmayaraq Ukraynada Avromeydan müstəqil Azərbaycan tarixində əsas dönüş nöqtələrindən oldu. Bu qarşıdurmalar Azərbaycanı Avropa üçün əsas ölkələrdən birinə çevirdi, belə ki, bu qarşıdurmalar Avropanın Rusiyadan enerji asılılığını azaltdı.

Bu, Aİ-nin Azərbaycanı Transxəzər boru kəməri layihəsində iştiraka çağıranda da məlum idi. Azərbaycan həm Rusiya, həm də Qərb üçün dəyərli oldu, və Bakı regionda öz siyasi və hərbi mahiyyətini genişləndirmək üçün öz vasitələrindən istifadə etməyə başladı”, - məruzədə deyilir.

Məruzədə həmçinin qeyd edilir ki, Azərbaycan müstəqilliyin ilk illərində qeyri-sabitlikdən və qeyri-müəyyənlikdən keçən uzun bir yol keçib.

“Hadisələrlə zəngin olan iyirmi ildən sonra Azərbaycan Avrasiyanın energetik və daha geniş regional siyasətində mühüm oyunçu olmağa məhkumdur”, - məruzədə qeyd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar