Putin Çinə 30 müqavilə ilə gedir

Rusiya Prezidenti Vladimir Putinin, 2-3 Sentyabrda Çinə edəcəyi səfər zamanı təxminən 30 müqavilənin imzalanacağı bildirilir.

Putin, 2-3 Sentyabr tarixlərində Çinin 2-ci Dünya Müharibəsində Yaponiyaya qarşı əldə etdiyi qələbənin 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Pekinə gedəcək.

Kremlin sözcüsü Yuriy Uşakov, Rusiya mətbuatına verdiyi açıqlamada, böyük bir heyətlə Çinə gedəcək Putinin səfəri əsnasında 30 qədər müqavilənin imzalanacağını söyləyibə

Rusiya-Çin münasibətlərinin dinamik şəkildə inkişaf etməkdə davam etdiyini bildirən Uşakov, 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 88,4 milyard dollara çatdığını ifadə edib. Uşakov, 2020-ci ilə hədəfinin 200 milyard dollar olduğunu xatırladıb.

Uşakov, Putinin Pekin ziyarətində, Çin Prezidenti Xi Jinpingin ilə yanaşı, Venesuela Prezidenti Nikolas Maduro və Çexiya Prezidenti Milos Zemanla görüşünün planlaşdırıldığını qeyd edib.

Uşakov bundan başqa, Putinin, Nyu-Yorkda keçiriləcək BMT-nin 70-ci Baş Assambleyasının iclası çərçivəsində həyata keçirəcəyi ikitərəfli görüşlərin planlaşdırma mərhələsində olduğunu bildirib. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar