Bakıda avtobus marşrutlarının dəyişdirilməsinin vaxtı bir həftə uzadılıb

avtovu_b0ec4948916c38af34a1 nömrəli marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SalamNews-a verilən məlumata görə, bu barədə “Baku Bus” MMC-dən bildirilib.

Belə ki, 1 nömrəli marşrut avtobusu sabahdan deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 nömrəli marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.

Bildirək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 nömrəli marşrut avtobuslarına aid deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar