Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi son bir ayda 59339 manat artıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2015-ci il tarixədək 66.526.420,27 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar