"O kitabçanın nazirliyə aidiyyatı yoxdur" - Təhsil Nazirliyi

trend_tehsil_nazirliyi_education_ministre_300615“Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan "Azərbaycan tarixi" məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur”.

APA-nın məlumatına görə, bunu “facebook” səhifəsində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yazıb. Onun sözlərinə görə, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib: “Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır”.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə fotosu paylaşılan ali məktəbə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının Ermənistan bayrağının rənglərində olması sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycana qarşı təhqir kimi qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar