Elman Rüstəmov dünyanın ən yaxşı baş bankirləri sırasında - Siyahı

“Global Finance” jurnalı dünyanın ən yaxşı Mərkəzi Bank rəhbərlərinin adlarını açıqlayıb.

Oxu.az xəbər verir ki, ən yaxşı “A” reytinqinə Çexiya Respublikasının, Avropa Mərkəzi Bankının, Hindistan, İsrail, Malayziya, Paraqvay, Peru, Filippin və Tayvanın Mərkəzi Banklarını rəhbərləri layiq görülüb.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina “B” reytinqi alıb. Ukaryna Milli bankının rəhbəri Valeriya Qontaryeva “C” qiymətini alıb. Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov da analoji qiymətləndirməyə layiq görülüb.

Qeyd edək ki, MB rəhbərlərinə hər il inflyasiyaya nəzarətdə uğurlara, iqtisadi inkişafda nailiyyətlərə, valyuta sabitliyinə və faiz əmsalının idarəsinə görə “A”dan “F”ə qədər şkala üzrə reytinq verilir. “A” ən yüksək qiymət hesab edilir, bu MB rəhbərinin yüksək əmək məhsuldarlığını qeyd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar