HÖKUMƏTİN QƏFİL İCLASI VƏ MÜƏMMALI İSTEFA XƏBƏRLƏRİ - Yenilənib

 

Bu gün günortdan sonra prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin təcili iclası keçirildiyinə dair xəbər yayıldı.Hökumətdəki məlumatlı mənbələrə istinadən verilən məlumatda prezidentin hökumət üzvləri ilə ölkədəki iqtisadi vəziyyəti müzakirə etdiyi bildirilirdi.

Ancaq bu dəqiqələrdə Nazirlər Kabinetindən "Trend"ə verilən məlumata görə, iclas baş naziri Artur Rasizadənin sədrliyi ilə keçrilib. İclasda Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

İclası giriş sözü ilə açan Baş nazir A.Rasizadə bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Maraqlıdır ki, müşavirə gedən saatlarda  hökumətə yaxın mənbələrdən sensasiyalı məlumatlar yayılmışdı. Müxtəlif mənbələrdən mətbuata, o cümlədən AzPolitika.info-ya ötürülən məlumatlarda iddia olunurdu ki, hökumətin təcili iclasının çağırılması baş nazir Artur Rəsizadənin istefaya getməsi ilə bağlıdır. Ancaq bu məlumat təsdiqini tapmadı. Rəsizadənin istefası haqda məlumatın KİV-lərə nə məqsədlə  ötürüldüyü qaranlıq qaldı.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar