Xəzərdə yeni quyu istifadəyə verildi

Quyunun dərinliyi 3203 metr təşkil edir.

Günəşli’’ yatağında qazılan quyu istifadəyə verilib.

SOCAR-AQŞ-dən anspress-ə verilən məlumata görə 345 saylı quyunun tikinti işləri təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl başa çatdırılıb.

Günəşli yatağının dayaz sulu hissəsində qazılan quyunun faktiki dərinliyi 3203 metr təşkil edir. Yeni quyuya istismar kəmərı endirilib, sementlənib və kipliyi yoxlanıldıqdan sonra təhvil verilib.

Qazma zamanı yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edilib.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar