BEYNƏLXALQ BANK 3 MİLYARD MANATLIQ İSTİQRAZ BURAXIR

beynelxalqbank“Aqrarkredit” QSC nizamnamə kapitalını 12 milyon 669 min 490 manata qaldırır.26 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nominal dəyəri 0,67 manat olan 18 909 688 ədəd adi adlı səhmlərin buraxılışı AZ1002008352 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlər “Aqrarkredit” qapalı səhmdar cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qeydiyyat nömrəsi AZ1001008353 və nominal dəyəri 1,00 manat olan 196 672 ədəd adi adlı səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Emissiya baş tutsa, “Aqrarkredit”in nizamnamə kapitalı 196 min 672 manatdan 12 milyon 669 min 490 manata artacaq.

Eyni zamanda, 26 avqust 2015-ci il tarixdə “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 3 000 000 000 ədəd faizli təminatlı istiqrazlarının buraxılışı AZ2001008351 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avqustun 7-də “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında fərman imzalamışdı.

Nazirlər Kabinetinə fərmanla təsdiq olunmuş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılımışdı.

Maliyyə Nazirliyinə isə bu fərmanda göstərilən istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nın maliyyə durumunun sağlamlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemli aktivlərin idarə edilməsi vəziyyəti barədə Azərbaycan Prezidentinə mütəmadi məlumat vermək tapşırılmışdı.

Qeyd edək ki, dövlət başçısının 15 iyul tarixli fərmanı ilə Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankına on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etmələri və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görmələri tapşırılıb.

Bu fərmanda nəzərdə tutulmuş aktivlərin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; “Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır. (Marja)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar