GÖZLƏNİLƏN PREZİDENT SƏRƏNCAMLARI ELAN OLUNDU! - Əzizov Səbaildə, Fərəcov Sumqayıtda! (Yeniləndi)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncamı imzalayıb. Prezidentin bir başqa sərəncamı ilə Eldar Əzizov Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Eyni zamanda Prezidentin digər bir sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu vəzifədən azad olunaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezidentinin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə İradə Akif qızı Gülməmmədova təyin olunub. İ.A.Gülməmmədova bundan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb.

Bundan əlavə Prezident Nəsib Məhəmməd oğlu Məhəməliyevin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam verib.

Prezidentin digər Sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

-----

 Zakir Fərəcovun sabah Sumqayıt İcra Hakimiyyətinin başçısı kimi işə başlayacağı xəbəri tam dəqiqləşib. Çox böyük ehtimalla Prezidentin müvafiq sərəncamı da ya bu axşam, ya da ən geci sabah oxunacaq. Lakin Abşeronun İcra Hakimiyyətindəki mötəbər mənbə Siyəzənin icra başçısı Arif Qasımovun bu rayona başçı təyin olunması xəbərini qətiyyətlə təkzib edib. "Yalandır, yeni başçının kimliyi hələ bilinmir", deyə mənbə AzPolitika.info-ya bildirib.

Arif Qasımovun Nizami rayonuna başçı təyin olunması ehtimalı isə yüksəkdir. A.Qasımov Siyəzənə başçı göndərilməzdən əvvəl Nizami rayon bələdiyyəsinin sədri olub.

--------

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildiyi haqda xəbər dünəndən yayılsa da rəsmi təsdiqini tapmır. Musavat.com Abşeron Rayon İcra Hakimiyyətinə bununla bağlı göndərdiyi sorğuya bu gün cavab alıb. Cavabda Z.Fərəcovun Sumqayıta icra başçısı təyinatı xəbəri təsdiqlənir. Amma hələlik bununla bağlı ölkə prezidentinin məlum sərəncamı yoxdu. Musavat.com-a daxil olan məlumata görə, sərəncamın yaxın saatlarda veriləcəyi gözlənilir.

Sumqayıtın icra başçısı Eldar Əizovla bağlı məsələ hələlik açıq qalır. Bəzi mənbələr onun Bakının Nizami rayonuna icra başçısı göndəriləcəyini deyir.Nizaminin icra başçısı Tahir Budaqov avqustun 13-də prezidentin sərəncamı ilə Satatistika Komitəsinə sədr təyin edilib.

Mia.az-ın məlumatına görə, Zakir Fərəcovla bağlı sərəncamın gecikməsi də məhz Eldar Əzizovun təyinatı ilə bağlı olub. Belə ki, Eldar Əzizovun bu təyinata həddən artıq incik yanaşması və daxildəki bəzi qrupların digər namizədin üzərində dayanması sərəncamların gecikməsinə rəvac verib...

---

Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.Bu barədə Strateq.az –a hakmiyyətə yaxın mənbələrən daxil olan məlumatda bildirlir. Prezidentin digər fərmanı ilə Sumqayıtın hazırkı icra başçsı Eldar Əzizov vəzifəsindən azad edilib.

Eldar Əzizovun Bakının Nizami rayonuna başçı təyin edildiyi bildirilir.

Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.

1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub.

1974-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin İnstitutu bitirib.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.

2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.

Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar