Bakıda evlərin kirayəsi ucuzlaşıb - Cədvəl

Bu ilin iyul ayında kirayəyə götürülən evlərin sayı iyun ayı ilə müqayisədə 33,7% artaraq 127-yə çatıb. Bu barədə fins.az “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinə istinadən xəbər verir. Bundan başqa, şirkətin araşdırmasına görə ay ərzində kirayə bazarına təklif olunan mənzillərin sayı 13,7% artıb. Buna səbəb kimi təhsil ocaqlarındakı tətilin sona çatması göstərilir.

Bazarda təklifin artmasına baxmayaraq qiymətdə ümumi şəhər üzrə azalma qeydə alınıb. Belə ki, orta kirayə qiyməti 2% azalmadan sonra 634 dollardan 621 dollara, hər m2-ə görə kirayə haqqı isə 7,4% azalma ilə 9,06 dollardan 8,39 dollara düşüb.

Kirayə mənzil bazarında indeks 2.9 bəndindən azalaraq 2.7 bəndində qərarlaşıb.

İyul ayında aktivlik əmsalına görə ən cəlbеdici zona ötən ay olduğu kimi II zona olub. Bu zonanın ən vacib cəhəti mənzillərin əksəriyyətinin orta qiymətə olması və iş yerlərinin əksəriyyətinin bu zonada yerləşməsidir. Bu zonada olan kirayə mənzillər ümumi portfelin 66.4%-nə malikdir.

Təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib. Otaqlar üzrə 2 və 3 otaqlı mənzillərin sayında artım qеydə alınıb. Təklif üzrə ən çoх artım  2 otaqlılarda qеydə alınıb (14.6%). 1 və çoxotaqlı mənzillərin təklif üzrə payında isə nisbətən azalma müşahidə olunub.

Otaqlar üzrə mənzil bölgüsü, %

Bazarda otaqlar üzrə qiymətlər USD ilə ifadədə aşağıdakı kimin olmuşdur:

Araşdırmaların aparıldığı son ayda tələb portfelində ucuz evlərin (aylıq kirayə haqqı 500 AZN-ə qədər) payı 55.8% , orta qiymətə olan (500 AZN-1000 AZN aralığında) kirayə evlərinin sayı isə azalaraq ümumi portfelin 36.2% təşkil edir.  Bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı isə ümumi portfelin 8.0%-ni təşkil edir. Ay ərzində xüsusən də təklif portfelində daha çox ucuz qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub. Kirayə mənzil bazarında seqmentlər üzrə təklif aşağıdakı kimin olmuşdur:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar