Baş nazirdən etiraf: “Məktəbdə dərslərdən qaçardım...”

Bu gün – sentyabrın 1-i bir sıra ölkələrdə, o cümlədən qonşu Ermənistanda yeni dərs ili başlayıb.

Musavat.com erməni qaynaqlarına istinadən xəbər verir ki, növbəti tədris ilinin başlanması və Bilik Günü münasibətilə baş nazir Ovik Abramyan paytaxt İrəvandakı 155 saylı əsas məktəbə baş çəkib.

Jurnalistlərlə söhbət zamanı o, “vaxtilə necə şagird olmusunuz” sualını da cavablandırıb. Abramyan məktəb vaxtı nadinc şagirdlərdən olduğunu, hətta hərdən dərslərdən qaçdığını etiraf edib.

“Bu, aşağı siniflərdə olub. Fikrimcə, bütün nadinc uşaqlar heç olmasa, bir dəfə bunu ediblər” – deyib baş nazir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar