Nazirlik daha 3 şirkətə lisenziya verdi

Turizm fəaliyyəti ilə məşğul olmaq üçün.

Mədəniyyət və Turizm Nazirliyi üç şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.

Bu barədə nazirlikdən bildirilib.

Belə ki, “Butterfly travel” MMC, “Natali Travel” MMC və “Express-TTS” MMC turizm fəaliyyəti ilə məşğul ola biləcəklər.

Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə çatıb.

Nazirlik bildirib ki, avqust ayı ərzində həmçinin beş mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar