İqtisad Universitetində yeni təyinat - Keçmiş prorektora yenidən vəzifə verildi

İqtisad elmləri namizədi, dosent Şaiq Əhəd oğlu Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Təşkilati və inzibati işlər üzrə prorektoru təyin olunub. Universitetdən Strateq.az-a daxil olan məlumata görə, 1992-ci ildə Bakı Dövlət Universitetinin «Jurnalistika», 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi», 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» ixtisaslarını müvəffəqiyyətlə bitirmişdir. Ş.Əsgərov Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu uğurla yekunlaşdırmışdır.

Şaiq Əsgərov 2007-ci ildə "Elektron informasiya vasitələrində reklam bazarının marketinq tədqiqi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya müdafiə etmiş və Ali Attestasiya Komissiyasının 10 iyul 2007-ci il tarixli 24-k saylıqərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 9 aprel 2013-cü il tarixli10-k saylı qərarı əsasında isə dosent elmi adı verilmişdir. Dissertasiya işinin mövzusu üzrə onun 16 elmi əsəri, o cümlədən 14 məqaləsi, 1 dərsliyi (1 fəsil) və 1 metodiki vəsaiti çap olunmuşdur.

Elmi-tədqiqat və tədris işləri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin «Ticarət» kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.

2006-2015-cı illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini olmuşdur.2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür.

Azərbaycan Dövlət İqtisad Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının üzvüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar