Bu gün Beslanda terror aktının törədilməsindən 11 il ötür

Bu gün Şimali Osetiyada 11 il əvvəl məktəbin ələ keçirilməsi zamanı həlak olanları yad edirlər.

SalamNews-un "ng.ru"ya istinadla verdiyi xəbərə görə, matəm mərasimi hələ axşamdan - “Alfa” xüsusi bölməsi əməkdaşlarının “Mələklər şəhəri” xatirə məzarlığını ziyarəti ilə başlayıb.

“Kavkazskiy uzel”in məlumatına əsasən, bu gün yerli vaxtla saat 09:15-də dağılmış 1 nömrəli məktəbdə zəng çalınıb. Faciədə həyatını itirənlərin dostları və yaxınları güllər, şamlar, onlarla oyuncaq, cinayətkarların böyükləri və uşaqları girov saxladıqları idman zalına içərisində su olan butulkalar gətiriblər.

Hər il keçirilən xatirə mərasimi sentyabrın 3-dək davam edəcək (məhz bu gün ələ keçirilən məktəbə hücum olub).

Uşaqlar səmaya ağ şar buraxıblar, bir dəqiqəlik sükut elan edilib, dini mərasim keçirilib. Ölənlər yad edilib.

Xatırladaq ki, 2004-cü il sentyabrın 1-də terrorçular Beslandakı məktəbdə bayram tədbirinə soxularaq 1000-dən çox insanı girov götürüblər. Terrorçular üç gün ərzində insanları binada saxlayıblar. Daha sonra hücum əməliyyatı həyata keçirilib. Nəticədə 334 nəfər ölüb, təxminən 800 nəfər zərər çəkib. Ölənlərin yarısı uşaqlardır.

Şimali Osetiya silahlı birləşmələri artıq bir həftədir, gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Güclü təhlükəsizlik tədbirləri yaxın günlərdə də qüvvədə saxlanılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar