Xalq şairi "Şərəf" ordeni aldı

Xalq şairi Fikrət Qoca “Şərəf” ordeni ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayevin (Fikrət Qoca) “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Fikrət Qocaya 80 illik yubileyi münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: “Siz xalqımızın söz sənəti xəzinəsinə ötən əsrin 60-cı illərindən etibarən ənənə və novatorluğun qovuşuğunda özünüzə xas ifadə tərzi ilə dəyərli töhfələr bəxş etmiş şəxsiyyətlərdənsiniz. Mənəvi ucalığa çağırışla, lirik-fəlsəfi düşüncələrlə zənginliyi əsərlərinizi geniş oxucu kütləsinə daha çox sevdirib.

Azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemalarınızın gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyəti var. Ədəbi fikir xəzinəmizdən, milli folklordan bəhrələnən yaradıcılığınız bütövlükdə ana dilimizə sevgi və ehtiramın parlaq təzahürüdür. Sözlərinizə musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmış çox sayda mahnının bəstələnməsi Sizin bədii sözün hüdudsuz imkanlarından daim ustalıqla faydalandığınızı göstərir.

Müasir ədəbi-mədəni proseslərin azərbaycançılıq məfkurəsinə uyğun istiqamətləndirilməsi işində çoxillik fəaliyyətiniz təqdirə layiqdir. Ümidvaram ki, vətəndaşlıq qayəsi ilə yoğrulan əsərləriniz hələ neçə illər bundan sonra da xalqımıza xidmət göstərəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar