Türkiyədə daha bir polis terrorun qurbanı oldu

pkk-qarabagTürkiyənin İğdır şəhərində PKK terrorçularının hücumuna məruz qalan polis məmuru həyatını itirib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, hadisə şəhərin Karakoyunlu rayonunda baş verib.

Rayonda yerləşən şirniyyat mağazasında PKK terrorçularının olduğuna dair məlumat alan polis məmuru Olqun Kurbanoğlu onları həbs etmək üçün bölgəyə gedib. İki terrorçu ilə polis arasında silahlı qarşıdurma baş verib. Nəticədə polis məmuru və terrorçulardan biri yaralanıb.

Ağır yaralı olaraq İğdır Dövlət Xəstəxanasına gətirilən polis əməkdaşını, bütün tibbi müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Polis qaçan digər terrorçunun ələ keçirilməsi üçün əməliyyata başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar