"ABŞ-la düşmənçilik bitdi" düşüncəsi narahatedicidir" - ​SEPAH komandanı

İran qarşıdan gələn 7 ay ərzində 20 hərbi təlim keçirməyi planlaşdırır.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, briqada generalı Məhəmmədəli Cəfəri qurumun qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sentyabrın 2-3-də Tehranda "Sarüllah iqtidarı" adı altında səfərbərliyə cəlb edilən 50 min nəfərin iştirakı ilə hərbi təlim keçiriləcək.

"Nüvə proqramı ilə bağlı razılaşma imzalanandan sonra "ABŞ-la düşmənçilik bitdi" düşüncəsi narahatedicidir", - o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar