Davudoğlu 2 naziri vəzifədən qova bilər

Türkiyədə HDP-dən müvəqqəti hökumətdə yer alan İnkişaf naziri Müslüm Doğan və Avropa Birliyi naziri Əli Heydər Qonca ölkəni çətin vəziyyətdə qoyacaqları halda vəzifələrinə xitam veriləcək.

Axar.az xəbər verir ki, nazirlər terrora qarşı mübarizəyə qarşı çıxarlarsa və Türkiyəni beynəlxalq arenada çətin vəziyyətdə qoyarlarsa, Konstitusiyanın 109-cu maddəsi tətbiq olunacaq. Qeyd edək ki, Türkiyə Konstitusiyasının 109-cu maddəsinə görə, nazirlərin vəzifələrinə xitam verilərsə, onların yerinə müstəqil millət vəkilləri təyin ediləcək.

Xatırladaq ki, AB naziri Əli Heydər Qonca ötən gün çıxışında qondarma “erməni soyqırımı”nı tanıdığını bildirib. Onun sözləri ölkədə böyük rezonans doğurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar