Prezident xalqı 2 illik qida ehtiyatı tutmağa çağırdı

Tacikistan prezidenti İmomali Rahmon ölkə əhalisini iki illik qida ehtiyatı tutmağa çağırıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölkə başçısı bunu iqtisadi böhranla izah edib.

Artıq bir neçə ildir ki, biz xalqı növbəti iki il uçun qida ehtiyatı tutmağa çağırırıq. Bu çox vacibdir, xüsusən də kənd təsərrüfatı məhsullarının bol olduğu bu il. Hər bir ailə bundan istifadə eləməlidir” – deyib Rahmon.

Onun sözlərinə görə, dünyada builki geosiyasi durum, milli valyutaların dəyərdən düşməsi və həddən-ziyadə soyuq payız-qış mövsümü ölkə sakinlərinin həyatına mənfi təsir edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar