Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq

Avropa İttifaqı Rusiyaya və Donbas separatçılarına qarşı sanksiyaları 2016-cı ilin martınadək uzada bilər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 200-dək rusiyalı və ukraynalı fiziki və hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyalar Moskvaya təzyiq məqsədilə uzadıla bilər.

Əvvəl tətbiq edilmiş sanksiyaların müddəti 2015-ci ilin sentyabrın 15-dək davam etdiyindən qərarın sentyabrın ortalarında veriləcəyi gözlənilir.

Ukrayna prezidenti Pyotr Poroşenko bundan əvvəl Aİ Şurasının rəhbəri Donald Tusk ilə görüşündən sonra Aİ-nin Rusiyaya qarşı sanksiyalarının sentyabrda uzadacağına əmin olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar