Naxçıvanda qadın nazir təyinatı - Sərəncam

publika.az1402076248vasif_talibovvvvNaxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Natəvan Qədimovanın Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilib.

N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar