​Türkiyədən Azərbaycana idxal kəskin azalıb

Türkiyədən Azərbaycana ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,7% azalaraq cari ilin avqust ayında 147,5 mln. dollar təşkil edib.

"Report"un Türkiyə İxracatçılar Məclisinə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-avqust ayları ərzində isə ixrac illik müqayisədə 26,15% azalaraq 1 822,2 mln. dollardan 1 345,7 mln. dollara düşüb. Qurumun açıqladığı rəqəmlərə əsasən, avqustda ixracın 84,9 mln. dolları və ya 57,6%-i, cari ilin yanvar-avqust ayları ərzində isə 835,1 mln. dolları və ya 62,1%-i İstanbuldan həyata keçirilib.

Türkiyə İxracatçılar Məclisinin hesabatında bildirilir ki, avqust ayında ölkənin məcmu ixracı ötən ilin eyni ayı ilə müqayisədə 4,9% azalaraq 10 483 mln. dollar təşkil edib. Yanvar-avqust aylarında isə ixrac illik 8,9% azalma ilə 95 135,7 mln. dollara enib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar