Sumqayıt şəhər İcra Hakimiyyəti: “Eldar Əzizov iş başındadır”

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtın icra başçısı təyin olunduğu haqda dünəndən yayılan xəbər rəsmən təsdiqini tapmayıb.

Yerli KİV-lərdə yayılan xəbərdə o da iddia olunur ki, ölkə başçısının sərəncamı ilə Sumqayıtı icra başçsı postundan azad edilən Eldar Əzizov Bakının Nizami rayonuna rəhbər aparılıb.

Modern.az saytının əməkdaşı bu gün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin məsul şəxsləri bildiriblər ki, Eldar Əzizovun icra başçısı vəzifəsindən azad edilməsi tamamilə yalnış informasiyadır:

“Hazırda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı 2011-ci ildən bu vəzifəyə təyin edilən Eldar Əzizovdur, o iş başındadır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar