"Azərbaycan və Rusiya çox yaxın mövqelərə malikdirlər" - Sergey Lavrov

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan və Rusiyanın həyata keçirdikləri mütəmadi məsləhətləşmələri "önəmli" adlandırıb.

Cənab Əliyev əlavə edib ki, bu məsləhətləşmələr siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlıqda strateji tərəfdaşlıq münasibətlərinin "ən bariz nümunəsi"dir, prezident.az saytı bildirib.

Sergey Lavrov isə bildirib ki, Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı "çox yaxın mövqelərə malikdirlər”.

Cənab Lavrov Azərbaycanın sentyabrda Sverdlovsk vilayətində keçiriləcək hərbi-texniki məhsulların sərgisində iştirak edəcəklərinə ümidvar olduğunu qeyd edib.

Təhsil sahəsində əlaqələrin inkişafından danışan Lavrov bildirib ki, prezident İlham Əliyevin və özünün təhsil aldıqları Moskva Beynəlxalq Münasibətlər İnstitutunun rektoru bu institutun məzunlarının ilk görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı cənab Əliyevin təşəbbüsündən məmnundur.

İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Sergey Lavrov deyib ki, Rusiyaya göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcmi artıb.

Cənab Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu da qeyd edib.

Rusiyan XİN rəhbəri sentyabrın 1-də Bakıya işgüzar səfərə gəlib, həmkarı Elmar Məmmədyarov ilə də görüşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar