Azərbaycanda demoqrafik partlayış təhlükəsi var? (VİDEO)

Avropa ölkələrində demoqrafik böhran yaşandığı bir vaxtda Azərbaycanda vəziyyət tamam əksinədir. Hətta demoqrafik partlayış təhlükəsi də var. Hər halda bunu statistik göstəriciər deməyə əsas verir. Mütəxəssislər isə belə davam edəcəyi təqdirdə problemlərin yaşanmaması üçün əvvəlcədən tədbirlərin görülməsini vacib bilir.

Bu ilin 6 ayı ərzində Azərbaycan əhalisi 55,3 min nəfər artaraq 9,4 milyon nəfərə çatıb. Sosioloqların hesablamalarına görə, ümumilikdə ölkədə orta illik artım ümumi əhalinin sayının 1,3%-nə yaxındır. Dünya təcrübəsində isə bu göstəricinin 2 % ötməsi artıq demoqrafik partlayış ehtimalı ilə bağlı siqnal hesab olunur. Deməli Azərbaycanda da düşünməyə əsas var.

İqtisadçılar hesab edirlər ki, əhalinin artımı ümumilikdə dövlətin gücünün də artması baxımından çox müsbətdir. Amma əhalinin artması onun qayğılarının da artması deməkdir.

“Bu gün doğulan uşaq 20 ildən sonra əmək qabiliyyətli əhalidir. Gələcəkdə bizdə ciddi işsizlik problemi dura bilər. Bu 20 il ərzində, hələ o yaşa çatana qədər olmalıdır bunun sosial təminatı, bağçası, məktəbi”, – deyə iqtisadçı Oqtay Haqverdiyev bildirib.

Yeri gəlmişkən, sosial infrastrukturla təminat göstəriciləri hələ ki, yüksək deyil. Məsələn, 2012-ci ilin rəsmi statistikasına əsasən şəhər yerlərində uşaqların cəmi 23,4 %-i, kənd yerlərində isə 8,6%-i məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunub. Vətəndaşlar isə daha çox uşağa sahib olmağı arzuolunan saysalar da, amma onları sosial çətinliklər narahat edir.

Əhali artımının müsbət tərəfi ilə yanaşı yarada biləcəyi qayğı da dövlətin diqqətindədir. Hələ 2012-ci ilin birinci yarısının sosial iqtisadi yekunları barədə danışarkən dövlət başçısı bu məsələyə xüsusi yer vermişdi.

Prezidentin ötən il bəhs etdiyi əlavə tədbirlərin görülməsinə artıq başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, artıq əhalinin artımı ilə bağlı yeni proqram hazırlanır. Sənəd 2014-2025-ci illəri əhatə edəcək. Nazirlik bununla bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edərək, onların təkliflərini toplayır, daha sonra proqram müzakirəyə çıxarılacaq və ilkin versiyası hazırlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar