Putinin «LikBez» dərsi

Rusiya KİV-nin yaydığı məlumata görə, Prezident Vladimir Putin bu günlərdə «Sirius» adlı təhsil mərkəzindən olan 11 yaşlı şagirdə iqtisadiyyatdan «LikBez» dərsi keçib («Exo Moskvı»).

Uşaq Prezidentdən soruşaraq maraqlanıb ki, rublun məzənnəsinin düşməsi nə deməkdir və nə üçün Rusiya iqtisadiyyatında hər şey belə pisdir?

«Hər şey pis deyil» - deyə, Putin «düzəliş» verib və əlavə edib: «Bizim ixrac ucuzlaşır».

İxracın məhz nə üçün ucuzlaşması səbəbləri üzərindən sükutla keçən prezident, məzənnənin tənzimlənməsi üsullarından danışıb: «Məzənnənin qeyri-bazar üsulu ilə tənzimlənməsi zamanı biz, qızıl-valyuta ehtiyatlarımızı tez bir zamanda xərcləyib qurtararıq. Bu, baş verməsin deyə, Mərkəzi Bank rublun məzənnəsini bir qədər endirməlidir ki, bunu da edir» - deyə, «LikBez»-ə yekun vurub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar