Türk vətəndaşları İraqda qaçırıldı

İraqa işləməyə gedən 18 türk vətəndaşının kimlər tərəfindən qaçırıldığı bəlli deyil.

Anspress-in məlumatına görə, bu barədə Türkiyə baş nazirinin köməkçisi Kurtulmuş danışıb. Onun sözlərinə əsasən, İraq orqanları hadisənin necə baş verdiyi və kimlər tərəfindən törədilməsi barədə hələ ki, heç bir açıqlama vermir.

Digər tərəfdən Nurol Holdinq məsələni şərh edərək söyləyib ki, hadisə Bağdadın Sədr bölgəsində, 30 min nəfərlik stadionun tikintisi zamanı olub. Stadiona hücum edən silahlılar 18-i türk olmaqla, bir neçə insanları qaçırıblar.

inanın inşasına gecə radələrində şəxsiyyətləri bəlli olmayan, xüsusi geyimli bir qrup basqın edib. Hücum həyat keçirən terrorçular otaq və ofislərin qapılarını qıraraq, axtarış həyata keçiriblər.

Xarici İşlər Nazirliyi və yerli təhlükəsizlik gücləri hal-hazırda bu məsələ ilə bağlı araşdırma aparır. Onların dediyinə görə, xəbər ilk olaraq, Nurol Holdinqe çatdırılıb.

Xarici işlər nazirinin sözçüsü Tanju Bilgiç, İraqda qaçırılan türklərin bir stadion inşaatında çalışan 14 işçi, 3 mühəndis və 1 mühasib olduğunu ifadə edərək: "Qaçırılma zamanı şirkətdə türk işçilərini digər ölkələrin vətəndaşlarından ayıraraq bir seçkiyə tabe tutduqlarını öyrəndik", - dedi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar