Səbailin də icra başçısı dəyişdirildi - Yeni məlumatlar

Dünəndən mətbuatda icra başçısı postlarında mühüm dəyişikliklərlə bağlı yayılan məlumatlar təsdiqini tapmaqdadır. "Qafqazinfo" xəbər verir ki, bu saatlarda sözügedən dəyişikliklərlə bağlı sərəncamlar açıqlanacaq. Redaksiyamıza daxil olan informasiyaya görə, icra başçısı vəzifələrində dəyişikliklər bu şəkildə baş tutub. Belə ki, dünəndən Sumqayıt şəhər icra başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Səbail rayonuna təyinat alıb. Səbailin icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı göndərilib. Nəsiminin icra başçısı Nəsib Mehməliyev isə tutduğu vəzifədən azad edilib.

Eldar Əzizovun yerinə isə dünəndən mətbuatda qeyd olunduğu kimi Abşeron icra başçısı Zakir Fərəcov təyinat alıb. Zakir Fərəcovun yerinə isə öz müavinlərindən birinin gətirildiyi deyilir.

Xatırladaq ki, Nizami rayon icra başçısı vəzifəsi də hazırda boşdur. Həmin vəzifəyə də bugünlərdə təyinatın həyata keçiriləcəyi gözlənilir.

Məlumatlara görə, Nəsib Mehməliyev bu ilin noyabrında ölkədə keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar