Poroşenko dünyanı Rusiya ilə mübarizəyə səslədi!

Xarici KİV-in məlumatına görə, Ukraynanın Prezidenti Petro Poroşenko azad dünya əhalisini Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxış etməyə çağırıb («Exo Moskvı»).

Bu barədə Poroşenko İkinci dünya müharibəsinin sona çatmasının 70 illiyi münasibətilə Ukrayna və dünya əhalisinə müraciəti zamanı bəyan edib.

Ukrayna prezidenti deyib ki, Krımla bağlı situasiyada Rusiya «beynəlxalq hüququ həyasızcasına ayaqlar altına aldı». Bundan başqa o, Rusiya hakimiyyətini suveren Ukraynaya qarşı elan olunmamış hibrid müharibəyə başlamaqda ittiham edib.

Ukrayna prezidenti onu da əlavə edib ki, hal-hazırda Ukrayna Avropa və dünya ölkələri liderlərinin böyük əksəriyyətinin dəstəyini hiss edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar