Mərkəzi bankların valyuta ehtiyatları "əriyir"

Dünya ölkələrinin mərkəzi bankları tərəfindən idarə olunan valyuta ehtiyatları azalır.

1990-cı illlərin sonundan bəri artan valyuta ehtiyatları bu ilin birinci rübündə 11.43 trilyon dollara geriləyib. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, valyuta ehtiyatları ötən ilin ortasında 11.98 trilyon dollar səviyyəsində idi.

Ehtiyatlardakı azalmaya, Çindəki iqtisadi yavaşlama, devalvasiyalar, Fed-in gözlənilən faiz artırımı, neftin düşməsi, İsveçrə və Yaponiyanın pul vahidlərinə müdaxilələri dayandırması qərarları kimi amillər təsir göstərib. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar